Yuxarı

​Güləşçi Elvin Mürsəliyev “Rio-2016”ya qələbə ilə başlayıb

O, misirli rəqibini məğlub edərək 1/8 finala çıxıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Elvin Mürsəliyev döşək üzərinə çıxıb.

"Report" xəbər verir ki, 75 kq. çəki dərəcəsində mübarizə aparan Mürsəliyev 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebi ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi Olimpiadaya qələbə ilə başlayıb və rəqibini məğlub edərək 1/8 finala mərhələsinə çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi