Əfsanəvi futbolçu Pele Rio-2016 üçün mahnı yazıb

Əfsanəvi futbolçu Pele Rio-2016 üçün mahnı yazıb "Ümid" adlı mahnımı iyulun 15-də sizinlə bölüşəcəyim anı səbirsizliklə gözləyirəm"
Fərdi
13 İyul , 2016 20:14
Əfsanəvi futbolçu Pele Rio-2016 üçün mahnı yazıb

Bakı. 13 iyul. REPORT.AZ/ Əfsanəvi futbolçu Pele 2016-cil il Rio-de-Janeyro Olimpiya Oyunları üçün xüsusi mahnı yazıb.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Braziliya yığmasının heyətində üçqat dünya çempionu olmuş Edson Аrantis du Nasimentu bununla bağlı "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Mən Rio-2016 üçün "Ümid" adlı mahnı yazmışam və iyulun 15-də onu sizinlə bölüşəcəyim anı səbirsizliklə gözləyirəm", - deyə Pele qeyd edib. 

Xatırladaq ki, Rio-2016 avqustun 5-21-də Braziliyada keçiriləcək. Turnirdə 206 ölkədən 10 mindən çox idmançı iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi