Yuxarı

Danimarka yığması Rioda Olimpiya Kəndində soyulub

Nümayəndə heyətinin rəhbəri: Milli komanda üzvlərinin mobil telefonlarını, paltarlarını, şəxsi əşyalarını, hətta mələfələri oğurlayıblar

Bakı. 4 avqust. REPORT.AZ/ Rio-de-Janeyro Olimpiya Oyunları-2016-da Danimarka nümayəndə heyətinin rəhbəri olan Morten Rodvitt Olimpiya Kəndində çoxsaylı oğurluq faktlarına görə şikayətlənib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, M.Rodvitt məhz onların istəyi ilə Olimpiya Kəndində xidmət personalının sayı artırılandan sonra idmançıların daim soyğuna məruz qaldığını bildirib.

O deyib ki, ölkəmin milli komanda üzvlərinin mobil telefonlarını, paltarlarını, şəxsi əşyalarını, hətta otaqlardan mələfələri oğurlayıblar.

Danimarka Həndbol Assosiasiyasının rəhbəri də Olimpiya Kəndindəki şəraitdən gileylənib: Otaqlarda təmizlik yoxdur, santexnika qurğuları xarabdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi