Bu gün Olimpiya Oyunlarında 6 Azərbaycan idmançısı mübarizə aparacaq

Bu gün Olimpiya Oyunlarında 6 Azərbaycan idmançısı mübarizə aparacaq Onlar 4 idman növündə çıxış edəcəklər
Fərdi
19 Avqust , 2016 07:48
Bu gün Olimpiya Oyunlarında 6 Azərbaycan idmançısı mübarizə aparacaq

Bakı. 19 avqust. REPORT.AZ/ XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

"Report"un məlumatına görə, onlar 4 idman növündə çıxış edəcəklər.

İlk olaraq, taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. 80 kq. çəki dərəcəsində yer alan iranlı legionerin 1/16 final mərhələsində rəqibi Mali təmsilçisi İsmael Kulibali olacaq. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.

Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. 26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

Bundan sonra iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq. çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq. Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 24:00-da başlanacaq.

Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kq. çəkidə ilk görüşünü keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək.

Nəhayət, saat 21:45-də boksçu Lorenso Sotomayor 64 kq. çəkidə yarımfinal qarşılaşmasına çıxacaq. O, Almaniyanı təmsil edən erməni Artyom Harutunyanı yensə, Azərbaycan boks tarixində ilk dəfə olimpiada finalına yüksələcək.

Son xəbərlər

Orphus sistemi