Yuxarı

Braziliya yığması "Rio-2016"nın finalına yüksəlib

Həlledici görüşdə rəqib Almaniya yığması olacaq

Bakı. 18 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında kişi futbolçular arasında keçirilən yarışın finalçıları müəyyənləşib.

"Report"un məlumatına görə, ev sahibi Braziliya həlledici görüşdə mübarizə aparacaq.

Yarımfinal görüşündə ev sahibləri Honduras yığmasını 6:1 hesabı ilə məğlub edib. Digər finalçı isə Almaniya yığmasıdır. Avropalılar Nigeriyaya 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Final matçı avqustun 20-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi