​Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı 16-ya çatıb

​Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı 16-ya çatıb Onların arasında cüdo, boks, velosiped, üzgüçülük, avarçəkmə idmanı və s. növlərin təmsilçiləri var
Fərdi
11 Avqust , 2016 03:09
​Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı 16-ya çatıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 15-i çıxışlarını tam başa vurub.

"Report"un məlumatına görə, onlardan yalnız cüdoçu Rüstəm Orucov medal qazana bilib.

Güllə atıcısı Ruslan Lunyovu qarşıda daha bir sınaq gözləyir. Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında da çıxış edəcək.

Akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin medalsız qalacağı dəqiqləşsə də, onların yekunda tutacağı yer "B" finalındakı çıxışlarından sonra dəqiqləşəcək. Bu isə Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayının 16-ya çatması anlamına gəlir.

Cüdo

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Pavlo Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşaavarlı qayıq - M2X) - finala çıxa bilməyib

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.

Son xəbərlər

Orphus sistemi