​Azərbaycanın akademik avarçəkənlərdən ibarət dueti olimpiadada 12-ci olub

​Azərbaycanın akademik avarçəkənlərdən ibarət dueti olimpiadada 12-ci olub Onlar 7 dəqiqə 24.030 saniyə göstəriciyə imza atıblar
Fərdi
11 Avqust , 2016 20:55
​Azərbaycanın akademik avarçəkənlərdən ibarət dueti olimpiadada 12-ci olub

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7-12-ci yerlər) yürüşünə qatılıblar. 

"Report"un məlumatına görə, təmsilçilərimizin rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olub.

Aleksandr Aleksandrov - Boris Yotov duetiu mübarizəni sonuncu sırada başa vurub. Onlar 7 dəqiqə 24.030 saniyə göstəriciyə imza atıblar. 

B finalının qalibi avstraliyalı cütlük (6 dəqiqə 58.030 saniyə) olub.

Son xəbərlər

Orphus sistemi