Yuxarı

​Azərbaycan yunan-Roma güləşçilərinin Rio-2016-dakı rəqibləri müəyyənləşib

Bakı. 13 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların ilk günü üçün püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçiləri Rövşən Bayramovla Elvin Mürsəliyevin rəqibləri müəyyənləşib.

59 kq. çəki dərəcəsində yer alan Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi venesuelalı Rayber Xose Rodriges Orozko olacaq.

75 kq. çəki dərəcəsindəki Mürsəliyev isə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, misirli Mahmud Fevzi Rəşad Sebi ilə görüşəcək. Növbəti mərhələyə yüksələcəyi təqdirdə, Azərbaycan güləşçisi Ermənistan təmsilçisi, dünya və Avropa çempionu, 2012-ci il London olimpiadasının gümüş mükafatçısı Arsen Julfalakyanla qarşılaşa bilər.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə 14 avqust saat 17:00-da, final görüşləri saat 23:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi