Yuxarı

Azərbaycan taekvondoçusu Rio-2016-nın 1/2 finalında məğlub olub

Milad Beigi Harçeqani bürünc medal uğrunda mübarizə aparacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 80 kq. çəki dərəcəsində çıxış edən iranlı legionerin rəqibi Muhammad Lutalo olub.

İlk yarıda tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Lukalo 5, Harçeqani 1 xal qazanıb. Son raudda isə böyük britaniyalı taekvondoçu 7, Azərbaycan təmsilçisi 6 xal qazanıb. Beləliklə, Lutalo 12:7 hesablı qələbə ilə finala yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi