Yuxarı

ABŞ velosipedçisi Zika virusuna görə olimpiadaya yollanmaqdan imtina edib

O, virusun hamilə həyat yoldaşına keçə biləcəyindən ehtiyatlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ velosipedçisi Ticey van Qarderen 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. "Report"un "CyclingNews"a məlumatına görə, səbəb Zika virusuna yoluxma təhlükəsidir.

O, virusun hamilə həyat yoldaşına keçə biləcəyindən ehtiyatlanıb. Van Qarderen olimpiadada iki yarışa qatılmalı idi. Lakin velosipedçi özünü hansısa minimal riskə atmaq istəməyib: "Təhlükənin çox az olduğunu bilirəm. Üstəlik, ehtiyat tədbirlər də görmək mümkündür. Amma iş ondadır ki, özümü heç bir riskə atmaq istəmirəm. Çünki bu, gələcəkdə özünü ailəmdə təzahür elətdirə bilər".

Qeyd edək ki, daha öncə İspaniya basketbolçusu Pol Qazol da Zika virusundan narahatlıq ifadə edib. O, ölkə yığmasının "Rio-2016"da iştirakla bağlı hələ qəti qərara gəlmədiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi