Yekaterinanın Türkiyədəki "Ov köşkü" - Fotoreportaj

Yekaterinanın Türkiyədəki "Ov köşkü" - Fotoreportaj Ailə bu köşkdən qış və yaz aylarında ov üçün istifadə etdiklərindən bu ev "Ov köşkü" adlandırılıb
Multimedia
15 Sentyabr , 2014 10:32
Yekaterinanın Türkiyədəki  Ov köşkü - Fotoreportaj

Bakı. 15 sentyabr. REPORT.AZ/ Rus çarı II Nikolay, həyat yoldaşı Yekaterina üçün Türkiyənin Qars əyalətinin Sarıqamış mahalında ov üçün köşk tikdirib. Köşkün dəqiq tarixi bəlli deyil. Monolit ağacdan mismar istifadə edilmədən yaradılmış bu köşk 2 ayrı quruluşdan ibarətdir. Özəyi betondan olan bu köşkün qış aylarında isidilməsi üçün xüsusi rus üsulu ilə tikilmiş sobalarla təmin olunub. Köşk müxtəlif zamanlarda xəstəxana və saray kimi istifadə edilib. Xalq arasında Yekaterinanın köşkü kimi tanınan bu ev, bəzi tarixi mənbələrdə Nikolayın həyat yoldaşı üçün deyil, oğlu üçün bir reabilitasiya mərkəzi olaraq inşa edildiyi bildirilir. Eyni zamanda ailə bu köşkdən qış və yaz aylarında ov üçün istifadə etdiklərindən bu ev "Ov köşkü" adlandırılıb.

Son xəbərlər

Orphus sistemi