Xristianlığın ilk çağlarından yadigar - Cvari monastırı - FOTOREPORTAJ

Xristianlığın ilk çağlarından yadigar - Cvari monastırı - FOTOREPORTAJ Xristianlığın ilk çağlarında b.e. 523-cü ildə tikilən Cvari monastırı dağın başında yerləşir.
Multimedia
23 Mart , 2015 11:51
Xristianlığın ilk çağlarından yadigar - Cvari monastırı - FOTOREPORTAJ

Bakı. 23 mart. REPORT.AZ/ Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Msxeta şəhəri Kür və Araqvi çaylarının birləşməsində yerləşir. Gürcüstanın digər şəhərlərindən onu ölkənin ən dini şəhəri olması fərqləndirir. Məbəd və monastırların sayına görə Msxeta ikinci Qüds adlandırılır. 

Belə ibadətgahlardan biri Cvari monastırıdır. Xristianlığın ilk çağlarında b.e. 523-cü ilində tikilən Cvari monastırı dağın başında yerləşir. Oradan Msxeta və Kür çayına birləşən Araqviyə möhtəşəm mənzərə açılır. Məşhur rus şairi M.Y.Lermontov öz əsərlərində məhz bu yerləri tərənnüm edir. Hal-hazırda məbəd YUNESKO-nun mədəni irsi siyahısına daxildir və dövlət tərəfindən mühafizə olunur. Burada müqəddəs Nino və Georginin qədim və müasir ikonaları maraq doğurur. 

Müqəddəs Nino haqqında maraqlı rəvayət var. Bu kappadokiyalı qadın iddia edir ki, ona vəhy gəlir və o, Gürcüstana gedərək orada yeni xristian dinini yaymalıdır. Əvvəllər bütpərəst olan gürcülər ona inanır və yeni dini qəbul edirlər. Üzüm tənəyi və öz saçlarından Nino Gürcüstan pravoslav kilsəsinin simvolu hesab edilən xaç hörür və bu xaç digər xristian konfessiyaların xaçlarından fərqlənir. Cvari monastırı Gürcüstanın turizm marşrutlarının əsas dayanacaq məntəqəsidir.

"Report" Gürcüstanın bu tarixi güşəsində yerləşən Cvari monastırından fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi