Xəbərlərlə daha çox harada tanış olursunuz? - VİDEOSORĞU

Xəbərlərlə daha çox harada tanış olursunuz? - VİDEOSORĞU Son illər texnologiyanın inkişafı sosial medianın auditoriyasını genişləndirməkdə davam edir. Əvvəllər ölkədə və dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün radio dinləmək, sonralar televiziya tamaşaçısı olmaq lazım gəlirdisə, bu gün artıq hadisələrdən xəbərdar olmaq xeyli asanlaşıb. Müasir dövrün tələblərinə uyğun olaraq, artıq dünyada və ölkədə baş verənlər sosial şəbəkə və xəbər saytları vasitəsilə daha tez yayımlanır. Bu zaman oxucular da hadisələrdən daha tez xəbərdar olurlar. Bəs insanlar xəbərlərlə haradan tanış olurlar?
Multimedia
13 İyul , 2019 13:32
Xəbərlərlə daha çox harada tanış olursunuz? - VİDEOSORĞU

Son illər texnologiyanın inkişafı sosial medianın auditoriyasını genişləndirməkdə davam edir. Əvvəllər ölkədə və dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün radio dinləmək, sonralar televiziya tamaşaçısı olmaq lazım gəlirdisə, bu gün artıq hadisələrdən xəbərdar olmaq xeyli asanlaşıb. Müasir dövrün tələblərinə uyğun olaraq, artıq dünyada və ölkədə baş verənlər sosial şəbəkə və xəbər saytları vasitəsilə daha tez yayımlanır. Bu zaman oxucular da hadisələrdən daha tez xəbərdar olurlar. Bəs insanlar xəbərlərlə haradan tanış olurlar?

Bununla bağlı “Report”un çəkiliş qrupu şəhər sakinləri arasında sorğu keçirib. Sorğumuza cavab verən gənclər xəbərləri daha çox sosial şəbəkələr və xəbər saytları vasitəsilə əldə etdiklərini bildiriblər.

Yaşlı nəslin nümayəndələri isə ölkədə və dünyada baş verən hadisələrlə televiziyadan tanış olduqlarını deyiblər.

Video: Sultana Əhmədbəyli


Son xəbərlər

Orphus sistemi