Xarici diplomatların Cəbrayıl və Zəngilan təəssüratları

Xarici diplomatların Cəbrayıl və Zəngilan təəssüratları Əvvəlcə əcnəbi diplomatlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub mövcud vəziyyətlə tanış olublar
Multimedia
8 Fevral , 2021 16:09
Xarici diplomatların Cəbrayıl və Zəngilan təəssüratları

Ölkəmizdəki diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Azərbaycanın Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Əvvəlcə əcnəbi diplomatlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub mövcud vəziyyətlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Cəbrayıl şəhərinə gələrək tarixi abidələrə baş çəkiblər, həmçinin məşhur Xudafəri körpülərinin erməni işğalı nəticəsində məruz qaldığı dağıntıların şahidi olublar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərlə söhbəti zamanı işğaldan azad olunmuş ərazilərdə turizm, bərpa olunan enerji mənbələri kimi bir sıra sahələrə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.

Daha sonra diplomatlar Zəngilan rayonunda olublar.

Bu səfərdə diplomatik korpus nümayəndələrini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və s. rəsmi şəxslər müşayiət edib.

Son xəbərlər

Orphus sistemi