Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək - FOTO - VİDEO

Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək - FOTO - VİDEO Dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb
Multimedia
27 Aprel , 2016 16:38
Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək - FOTO - VİDEO

Tərtər. 27 aprel. REPORT.AZ/ "Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".

Bunu "Report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı xatırladıb ki, son günlər ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur: "Ermənilərin atdığı "Qrad" mərmiləri fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Elə evlər var ki, tamamilə yarasız hala düşüb və həmin evlərdə yaşamaq təhlükəli olduğundan, ev sakinləri müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb və həmin evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi