“Tarixin şah əsərləri”ndən - VİDEOREPORTAJ

“Tarixin şah əsərləri”ndən - VİDEOREPORTAJ Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgiyə baxış davam edir.
Multimedia
2 Sentyabr , 2019 14:52
“Tarixin şah əsərləri”ndən - VİDEOREPORTAJ
Report

Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgiyə baxış davam edir.

“Report” xəbər verir ki, 300-dək eksponatın nümayiş olunduğu ekspozisiyada üç bölmə üzrə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.

Sərgidə Qacarlar epoxasına aid qədim incəsənət nümunələrinin əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim edilir. Sərgidə Fətəli şahın özünün portreti də yer alıb.

Ekspozisiyada Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.

İrəvan xanlığının Sərdar sarayının arxeoloji qalıqları arasında Cənubi Qafqazın müxtəlif quberniyalarında yaşayan Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada yer alanlar içərisindədir.

Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunur.

Xatırladaq ki, sərgi oktyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi