Azərbaycanın şimalında turistlər otellərdə yox, evlərdə qalmağa üstünlük verirlər - VİDEOREPORTAJ

Azərbaycanın şimalında turistlər otellərdə yox, evlərdə qalmağa üstünlük verirlər - VİDEOREPORTAJ Şimal bölgəsinə istirahətə gələn turistlər daha çox kənd yerlərində fərdi yaşayış evlərində qalmağa üstünlük verirlər.
Multimedia
18 İyun , 2019 16:12
Azərbaycanın şimalında turistlər otellərdə yox, evlərdə qalmağa üstünlük verirlər - VİDEOREPORTAJ

Şimal bölgəsinə istirahətə gələn turistlər daha çox kənd yerlərində fərdi yaşayış evlərində qalmağa üstünlük verirlər.  

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, turistlərin otellərə marağı azalıb, onlar kənd yerlərində fərdi yaşayış evlərini kirayələyərək istirahət edirlər.

Belə kəndlərdən biri də Quba-Qonaqkənd yolunun üstündə yerləşən Təngəaltı kəndidir. Burada evlər müasir tipli təmir olunub və turistlərin qalmaları üçün şərait yaradılıb. Bəzi evlərdə internet şəbəkəsi də quraşdırılıb.

Ev sahibləri bildiriblər ki, şimal bölgəsində həm yerli, həm də əcnəbi turistlərin iyun ayının əvvəllərindən başlayaraq oktyabr ayına qədər istirahət etdiklərini bildiriblər. Ev sahibləri əlavə ediblər ki, qiymətlərin münasib olması səbəbindən istirahətə gələnlər narazılıq etmirlər. 

Kənd yerlərindəki fərdi yaşayış evində qalmağa üstünlük verən turistlər adının və görüntüsünün çəkilməsini istəməsələr də, otellərin qiymətlərinin münasib olmadığını, otellərdə xərclərinin daha çox çıxdığını və otellərdə qalmağın fərdi yaşayış evlərindəki istirahətin yerini vermədiyini deyərək bu addımı atdıqlarını bildiriblər. 

Kənd sakinləri yol kənarında həyət və bağlarında becərdikləri məhsulları satışa çıxarırlar. Gələn qonaqlar və turistlər bu təbii məhsullarla maraqlanaraq onlardan alırlar.

Satıcılar isə turizmin inkişafında "informator" rolunu oynayır. Belə ki, gələn turistlər kirayə evlər və gəzməli-görməli yerlər barədə onlardan informasiya alırlar.

Xatırladaq ki, Qubada 3 turizm marşrut xətti var. Bunlar Quba-Qonaqkənd, Quba-Xınalıq və Quba-Alpan-Susay turizm marşrut xətləridir.

Quba-Qonaqkənd yolu Quba-Qonaqkənd-Qızmeydan-Şamaxı yolunun bir hissəsidir.

Həmçinin Quba-Qonaqkənd yolu üzərində Afurca şəlaləsi, Güləzi şəlaləsi, (kiçik şəlalə), Qonaqkənd qəsəbəsi, Xaltan istisuyu və digər çox sayda əsrarəngiz təbiəti olan yerlər var.

Son xəbərlər

Orphus sistemi