Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmək istərdinizmi? - VİDEOSORĞU

Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmək istərdinizmi? - VİDEOSORĞU Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun çağırışı ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə aksiya başlayıb. O, özü aylıq maaşının yarısını fondun hesabına köçürüb.
Multimedia
8 İyul , 2019 13:29
Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmək istərdinizmi? - VİDEOSORĞU

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun çağırışı ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə aksiya başlayıb. O, özü aylıq maaşının yarısını fondun hesabına köçürüb. 

Ə.Əhmədov həmçinin YAP üzvlərini də bu aksiyaya qoşulmağa çağırıb. Bundan sonra Milli Məclisin deputatları da bu təşəbbüsə qoşularaq hər biri 500 manat yardım ediblər. Eyni zamanda partiyaya üzv olmayan, bitərəf deputatlar, YAP-ın rayon təşkilatları da bu prosesə qatılıb. 

“Report” əməkdaşları da paytaxt sakinlərindən indiyədək Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb-köçürmədiklərini və belə bir planlarının olub-olmadığını soruşub. 

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmək istədiklərini bildiriblər.

Qeyd edək ki, 2019-cu il iyulun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 100.742.334,19 manat, 213.577,88 ABŞ dolları, 16.936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Video: Sultana Əhmədbəyli

Son xəbərlər

Orphus sistemi