Yuxarı

Şəki Xan Sarayı haqqında bilmədiklərimiz - VİDEOREPORTAJ

Şəki Xan Sarayı haqqında bilmədiklərimiz

Şəki şəhərində yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunun direktoru Təranə Abdullayeva "Report"un şimal-qərb bürosuna bildirib ki, mövcud tarixi abidələr vaxtaşırı təmir edilsə də, əsas diqqət müstəqillik əldə olunandan sonra artıb: "Təkcə son 10 ildə ən əsas dünya əhəmiyyətli abidələr əsaslı bərpa olunub".

Bildirək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiya qəbulu Şəki şəhərində ayrıca bayram günü ilə qeyd olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi