Cocuq Mərcanlı. 2 iyul. REPORT.AZ/ Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans başa çatıb.
“Report” həmin konfransdan hazırladığı videoreportajı təqdim edir.
Qeyd edək ki, konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" Partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.