​Rahat və səliqəli Riqa - FOTOREPORTAJ

​Rahat və səliqəli Riqa - FOTOREPORTAJ Hər bir şəhərin bütün insanları özünə cəlb edən əsrarəngiz ab-havası var
Multimedia
2 İyun , 2015 15:40
​Rahat və səliqəli Riqa - FOTOREPORTAJ

Bakı. 2 İyun. REPORT.AZ/ Hər bir şəhərin bütün insanları özünə cəlb edən, oranı unudulmaz edən əsrarəngiz bir ab-havası var. Belə məkanlara hər kəs bir daha dönmək istəyir. Heç şübhəsiz ki, Riqa məhz belə şəhərlər sırasındadır.

Bu şəhər paytaxt üçün bir o qədər də böyük deyil. Hər kəs hündürmətəbəli binalara, şəhərin saysız-hesabsız mənzərələrinə öyrəşdiyi halda, burada bunların heç birini görə bilməzsiniz: nə hündürmərtəbəli biunalar var, nə göydələnlər, ağaclar isə olduqca çoxdur, ofis binaları bu ağacların arasında görünməz olur.

Riqa sözün əsil mənasında çox mənzərəli və özünəməxsus şəhərdir. Burada qədim livonluların, polyakların və almanların təsiri özünü göstərir.

Şəhər çox gözəl və rahat görünüşlüdür, çox da hündür olmayan evlərdən ibarətdir, lakin şəhərkənarında artıq yeni ofis və yaşayış binaları ucalır.

Riqa şəhərini, bütün muzey və digər maraqlı yerlərə baş çəkməklə, gün ərzində başdan-başa piyada gəzib dolaşmaq mümkündür.

Belə yerlər Latviyanın paytaxtında çoxdur. Bura özünəməxsus "Barıt qülləsi", "Qarabaşlılar evi (Дом Черноголовых)", "Qara pişikli ev", Köhnə şəhərdəki Böyük və Kiçik Gildiya binalarını aid etmək olar.

Lakin Riqa ən çox təkliyi sevən insanlar üçündür. Bura başdan-başa parklar və yaşıllıqlara bürünən bir şəhərdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, təəccüblü görünsə də, Riga tamamilə rusdilli şəhərdir. Burada siz rus dilində danışdıqda sizi hər kəs asanlıqla başa düşəcək və heç kəs latış, yaxud ingilis dilində danışmağınızı tələb etməyəcək. Mayın 9-da Qələbə bayramı isə bütün keçmiş Sovet respublikalarında olduğu kimi, burada da dəbdəbəli və təntənəli şəkildə qeyd olunur. İnsanlar tamamilə tanımadıqları ahıl insanlara yaxınlaşaraq onlara gül dəstələri verir və qələbəyə görə onlara təşəkkür edirlər.

Son xəbərlər

Orphus sistemi