Qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır? - VİDEOREPORTAJ

Qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır? - VİDEOREPORTAJ Azərbaycanın Qərb bölgəsində əhalinin siyahıyaalınması işləri davam etdirilir.
Multimedia
9 Oktyabr , 2019 16:07
Qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır? - VİDEOREPORTAJ

Azərbaycanın Qərb bölgəsində əhalinin siyahıyaalınması işləri davam etdirilir.

Bu barədə "Report"un Qərb Mərkəzinə məlumat verən Gəncə şəhəri üzrə əhalinin siyahıyaalınmasının yerli qrup nümayəndəsi Allahverdi Allahverdiyev bildirib ki, şəhər üzrə 26 siyahıyaalma məntəqəsi və 239 təlimatçı nəzarətetmə məntəqəsi təşkil olunub: "Bu məntəqələrin hamsında lazımi şərait yaradılıb. Ümumilikdə, siyahıyaalınma işlərinə 1195 sayıcı cəlb olunub ki, bu sayıcılar təhsil sahəsində çalışanlardan, məşğulluq idarəsindən əməkdaşlarından və künüllülərdən ibarət işçilərdir. Hazırda şəhərimizdə siyahıya alınma işləri öz axarı ilə davam edir".

Gəncə şəhəri üzrə əhalinin siyahıyaalınması üçün 5 nömrəli məntəqənin şöbə müdiri Səma Məmmədova bildirib ki, sayıcıları çox fəal iştirak edirlər: "Çox sağ olsunlar, vətəndaşlar da sayıcıları normal qarşılayırlar. Saycılarımızın içərisində künüllü iştirak edənlər də var, onlar da işlərini çox həvəslə görürlər".

Naftalan şəhər Statistika İdarəsinin rəisi Samir Qocayev bildirib ki, şəhər ərazisində əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlər yekunlaşıb: “Şəhər ərazisində əhalinin siyahıyaalınması işlərinə başlanılıb. Bildiyiniz kimi əhalinin siyahıyaalınması mühüm dövlət tədbiri olduğundan bütün işlər yüksək səviyyədə təşkil olunub. Siyahıyaalınma ilə bağlı rayon ərazisində məntəqələr təşkil olunub. Bu məntəqələrə idarənin əməkdaşları tətəfindən mütəmadi nəzarət olunur. Onu da deyim ki, əhalinin siyahıyaalınması üçün şəhər ərazisində 1 siyahıyaalma məntəqəsi, 6 təlimatçı və nəzərətçi, 28 sayıcı var".

Goranboy rayon Statistika İdarəsinin rəisi Mayis Əsgərov bildirib ki, ərazisində aparılan əhalinin siyahıyaalınması ilə bağlı hələlik hər hansı nöqsan qeydə alınmayıb: “Goranboy rayonunda əhalinin siyahıyaalınmasında işlər yüksək səviyyədə təşkil olunub. Sayıcılar əvvəlcədən müəyyən olunub və siyahıyaalınma ilə bağlı məntəqələrə təhkim edilib. Onlara təlimlər keçirilib və müvafiq qaydada təlimatlandırılaraq lazımi ləvazimatlarla təmin olunublar. Rayonda 7 siyahıyaalma məntəqəsi var və içərilərində 22 könüllü işçi olmaqla, ümumilikdə, 339 sayıcı siyahıyaalma prosesinə cəlb olunub".

Samux rayon Statistika İdarəsinin rəsisi Gündüz Bayramov bildirib ki, rayonda 4 məntəqə, 198 sayıcı, 39 təlimatçı var: "Bu sayıcıların 31 nəfəri qaydalara uyğun formada məşğuluq idarəsindən işə götürülüb. Bu il keçirilən siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb".

Göygöl rayon Statistika İdarəsinin rəisi Ruzigar Həsənov bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 5 məntəqədə 238 sayıcı çalışır: "2018-ci ilin sonlarından başlayaraq təşkilat planının hazırlanması və məntəqələrə bölünmə işləri aparılıb. Rayonumuzda siyahıyaalınma ilə bağlı hazırlıq işləri başa çatıb. Sentyabr ayının 2-dən başlayaraq sentyabrın 26-na qədər biz əvvəlcə siyahıyaalma məntəqələrinin müdirlərinə təlimat keçərək sayıcılara təyin edilmiş çantaları onlara təhvil vermişik. Eyni zamanda təlimatçı-nəzarətçi və sayıcı məntəqəsi müdirlərinə müvafiq təlimlər keçirilib və çantalar sayıcılara təqdim edilib”.

Daşkəsən rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun verdiyi məlumata görə, rayonda 2 siyahıyaalma məntəqəsi var: "Bunlardan biri Daşkəsən şəhərində, digəri isə Xoşbulaq kəndində yaradılıb. Təlimatçıların sayı 24, sayıcıların sayı isə 120 nəfərdir. Bunlardan 57 nəfəri rayon məşğulluq idarəsində qeydiyatda olub və oradan bu işə çağrılaraq müqavilə əsasında işlə təmin olunublar".

Şəmkir rayon Statistika İdarəsinin rəisi Pərvin Gözəlov bildirib ki, rayon ərazisində əhalinin siyahıyaalınması üçün 16 məntəqə yaradılıb: "Burada 733 sayıcı, 146 təlimatçı çalışır. Bu il siyahıyaalmada sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sual öz əksini tapıb. 

Tovuz rayon Statistika İdarəsinin rəisi  Niyazi Tağıyev bildirib ki, əhalinin siyahıyaalınması işlərinə 200 nəfər məşğuluq idarəsindən müqavilə əsasında işə götürülüb: "Ümumilikdə, 586 sayıcı var və 13 məntəqə yaradılıb. Bu il suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək”.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınması prosesi oktyabrın 10-na qədər davam edəcək. 

Son xəbərlər

Orphus sistemi