"Qəbələ" klubu Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb - FOTOREPORTAJ

"Qəbələ" klubu Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb - FOTOREPORTAJ Azərbaycan komandası Macarıstan klubunu mübarizədən kənarlaşdırıb
Multimedia
21 İyul , 2016 22:51
Qəbələ klubu Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb - FOTOREPORTAJ

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ikinci günün cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, Qəbələnin eyniadlı klubu paytaxtın "Bakcell Arena" stadionunda Macarıstanın MTK komandasını qəbul edib.

Oyuna fəal başlayan "Qəbələ" artıq 7-ci dəqiqədə istəyinə nail olub: Sergey Zenyov adını tabloya yazdırıb – 1:0. Rəqib özünə gəlməmiş hesabda üstünlük 2 topa çatıb. Matçın 37-ci dəqiqəsində "Qəbələ"nin yeni transferi Theo Weeks komandasının ikinci qolunu vurub. Matç ula da başa çatıb və iki oyunun nəticəsinə görə (4:1) "Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bu mərhələdə komandamızın rəqibi Fransanın adlı-sanlı "Lill" klubu olacaq.

İlk oyun iyulun 28-də səfərdə, cavab görüşü isə avqustun 4-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi