Yuxarı
    Bağlamaq

    Qaxda üzərində sirli yazılar olan ev - VİDEOREPORTAJ

    Dinlə
    Bu yazıları yalnız üzərinə su atdıqdan sonra görmək olur
    © Report

    Qax. 8 oktyabr. REPORT.AZ/ Qax rayonunun İlisu kəndində 200 ilə yaxın yaşı olan fərdi yaşıyış evində qeyri-adi hadisə baş verib. Mülk sahibi evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar aşkarlayıb. Bu yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür. 

    Mülk sahibi Azər Qocayev "Report"un Şimal-qərb bürosuna bildirib ki, evin üzərində olan naməlum yazıları ilk dəfə yağış yağandan sonra görüb: "İlisu kəndində qədim evlər çoxdur, bu evlərdən biri də mənim ata-baba yurdum olan Qocayevlərin yaşayış evidir. Evdə bəzi sirli əlamətlər görünür. Yağış yağanda mən hiss etdim ki, bu daşların üzərində müəyyən qədər ərəb əlifbasına bənzər yazılar var. Adi gözlə baxdıqda daşların üzərində heç nə görünmür. Yalnız su atdıqda yazılar qabarıq şəkildə üzə çıxır". 

    Ev sahibinin sözlərinə görə, ərəb əlifbasına bənzəyən naməlum yazıları heç kim oxuya bilməyib: "Bu ev 1881-83-cü illərdə tikilib. Ehtimal edirik ki, daşların üzərində olan və yalnız su atıldıqdan sonra oxunan yazılarda hər hansı işarə və ya sirr var. Buna görə də evin üzərində olan yazıların mütəxəssislər tərəfindən oxunmasını istəyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi