"Qarabağ" "Sportinq" oyunundan - FOTOREPORTAJ

"Qarabağ" "Sportinq" oyunundan - FOTOREPORTAJ Bakı. 29 noyabr. REPORT.AZ/ Qarabağ Avropa Liqasının qrup mərhələsində V tur matçına çıxıb.
Multimedia
30 Noyabr , 2018 01:29
Qarabağ  Sportinq oyunundan - FOTOREPORTAJ
Report/Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ "Qarabağ" Avropa Liqasının qrup mərhələsində V tur matçına çıxıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Bakı Olimpiya Stadionunda Portuqaliya "Sportinq"ni qəbul edib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna hücumlarla başlayan qonaqlar hesabı erkən açıblar. Lakin "Qarabağ"ın cavab qolu özünü çox gözlətməyib. 20-ci dəqiqədə isə "Sportinq" uzaq məsafədən vurulan qolla yenidən önə çıxıb. 33-cü dəqiqədə hesab 3:1-ə çatıb.

"Qarabağ" ikinci hissəyə daha fəal başlasa da, qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Rəqib isə daha çox tempi öldürməyə və hesabı qorumağa çalışıb. Buna rəğmən, qonaqlar 75 və 81-ci dəqiqələrdə fərqlənməyi bacarıblar.

Beləliklə, "Qarabağ" "play-off"a vəsiqə qazanmaq baxımından nəzəri şansını da itirib. "Sportinq" isə İngiltərə "Arsenal"ı ilə birgə qrupdan çıxıb.

Son xəbərlər

Orphus sistemi