Qafqazda ən hündür minarəsi olan 200 yaşlı məscid - FOTOREPORTAJ

Qafqazda ən hündür minarəsi olan 200 yaşlı məscid - FOTOREPORTAJ Məscidin minarəsinin uzunluğu 45 metr, eni isə 23 metrdir
Multimedia
17 Noyabr , 2016 15:08
Qafqazda ən hündür minarəsi olan 200 yaşlı məscid - FOTOREPORTAJ

Balakən. 17 noyabr. REPORT.AZ / Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir. Unikal abidənin 200 ilə yaxın yaşı var. 

Balakən rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin "Report"a verdiyi məlumata görə, rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir: "Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə Qax rayonunun İlisu kəndindən olan usta başlasa da, onun ölümündən sonra minarənin inşasını ustanın şagirdləri başa çatdırıblar. Yerli sakinlər isə minarənin balakənlilər tərəfindən inşa edildiyini deyirlər". 

Muzeyin direktoru əlavə edib ki, hər il Balakən rayonuna gələn turistlərin 90 faizi məscidi ziyarət edir.

Məscidin minarəsinin uzunluğu 45, eni isə 23 metrdir. Məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunub ki, bu da indiyə qədər hündür minarənin dayanıqlı qalmasına kömək edib.

"Report" Balakənə ezam olunan müxbirinin Qafqazda ən hündür minarəsi olan məsciddən hazırladığı fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi