Yuxarı
    Bağlamaq

    Qadınlar arasında stolüstü tennisin bürünc medalçısı məlum olub - FOTOREPORTAJ

    Ukrayna ilə Çexiya üz-üzə gəlib

    Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə qadınlar arasında komanda yarışlarında bürünc medal uğrunda görüş keçirilib. "Report" xəbər verir ki, qarşılaşmada Çexiya Ukrayna üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

    Xatırladaq ki, Çexiya 1/4 finalda Fransaya 3:1 hesabı ilə qalib gəldikdən sonra yarımfinal mərhələsində Almaniyaya 3:0 hesabı ilə uduzmuşdu. Ukrayna isə 1/4 finalda İsveçlə qarşılaşmada 3:0 hesabı ilə qələbə qazansa da, yarımfinalda Niderlanda 2:3 hesabı ilə uduzub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi