“Müharibə çox dəhşətlidir. İnsanlar – qocalar, cavanlar, qadınlar, uşaqlar ölür, şəhərlər dağılır. Heç bir ölkəyə müharibə arzulamıram”.
Bunu “Report”a müsahibəsində Böyük Vətən müharibəsinin iştirakçısı, 96 yaşlı Bağır Məlikov deyib.
Həm 100-ə yaxınlaşan yaş, həm ömründəki keşməkeşlər, həm də bir neçə dəfə kontuziya almağı onun yaddaşına, nitqinə təsirsiz ötüşməyib. Bəzən fikirlərini toplaya bilmir, yaddaşı qarışır, ancaq 9 May - Faşizm üzərində Qələbə Günündə onunla söhbətləşə bildik.
Bağır Məlikov Bakının Nardaran kəndindəndir. 1942-ci ildə cəbhəyə gedib, bir neçə dəfə ağır yaralanıb. Ancaq müharibənin sonunadək vuruşub və Berlinə qədər gedib çıxa bilib.
Onun 3 qızı, 7 nəvəsi, 11 nəticəsi var. Hazırda qızı Məsməxanımla yaşayır.
Bağır kişi deyir ki, hər il Qələbə Günündə ölkə başçısı ilə görüşdə iştirak edib. Hətta bir dəfə yağış yağdığı üçün Prezident
Bu il isə karantin rejiminə görə, heç bir tədbirə qatılmayıb. Ancaq onu iki medalla təltif ediblər və mükafatlar veterana evində təqdim olunub.