Narkomaniya ilə mübarizə necə aparılmalıdır? - VİDEOMÜSAHİBƏ

Narkomaniya ilə mübarizə necə aparılmalıdır? - VİDEOMÜSAHİBƏ "Report" həkim-narkoloq Zamin Əliyev ilə "ağ ölüm" adlandırılan narkotik vasitələrdən istifadənin ölümcül nəticələri ilə bağlı müsahibəni təqdim edir
Multimedia
26 İyun , 2020 17:09
Narkomaniya ilə mübarizə necə aparılmalıdır? - VİDEOMÜSAHİBƏ

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. 

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Azərbaycanda narkomanlıq ilə mübarizə ümummilli lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib.

Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Bu günə qədər sözügedən sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilir.

"Report" həkim-narkoloq Zamin Əliyev ilə "ağ ölüm" adlandırılan narkotik vasitələrdən istifadənin ölümcül nəticələri ilə bağlı müsahibəni təqdim edir:

Son xəbərlər

Orphus sistemi