Mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə başlanılıb

Mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə başlanılıb Azərbaycanda mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə başlanılıb. Bu məqsədlə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəstəyi ilə ölkəyə iki ədəd mini ekskavator gətirilib.
Multimedia
21 Fevral , 2022 19:30
Mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə başlanılıb

Azərbaycanda mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə başlanılıb. Bu məqsədlə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəstəyi ilə ölkəyə iki ədəd mini ekskavator gətirilib.

Tədqiqat layihəsinin baş mühəndisi Deniz Aydemir “Report”a bildirib ki, mürəkkəb relyefli, sərt yamaclı dağətəyi ərazilərdə ağac əkini üçün Tırtıllı hərəkət mexanizminə malik bu texnika çətin relyefli ərazilərdə ağac əkilməsi üçün torpaq hazırlığı işlərinin aparılmasında xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, indiyədək ağac əkilməsi mümkün olmayan Bakı ətrafı və Xocasən gölü istiqamətindəki mürəkkəb relyefli ərazilərdə türk mütəxəssislərin təcrübə və tövsiyələri əsasında artıq torpaq hazırlığı və əkin işlərinə başlanılıb: “Əldə olunmuş təcrübə işğaldan azad olunmuş ərazilərin yaşıllaşdırılmasında da tətbiq olunacaq. Cəbrayıl və Füzulidə olduq, oranın meteoroloji məlumatlarını öyrəndik. Həmin ərazilərdə də uğurlu işlər görəcəyik”.

Deniz Aydemir
Deniz Aydemir

Məlumata görə, digər texnikalarla müqayisədə mini ekskavatorlar daha geniş imkanlara - yüksək manevr qabiliyyətinə, çevik dönmə bucağına, çətin relyefli ərazilərdə rahat hərəkət və vaxta, insan əməyinə qənaət etmək xüsusiyyətlərinə malikdir. Eyni zamanda, yeni texnika ilə mürəkkəb relyefli ərazilərdə torpaq hazırlığı işləri aparılarkən əkiləcək ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq, yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq.

Qeyd edək ki, bu texnikadan istifadə etməklə əl əməyi ilə işlənməsi mümkün olmayan ərazilərin yaşıllaşdırılmasına nail olunacaq, yamaclarda terraslar hazırlanacaq, ağac, kol tingləri əkiləcək, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq.

Foto / Video: Samirə Həsənova

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi