Milli Yaylaq Festivalından - FOTOREPORTAJ

Milli Yaylaq Festivalından - FOTOREPORTAJ Bu gün Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı başlayıb.
Multimedia
29 İyul , 2022 16:31
Milli Yaylaq Festivalından - FOTOREPORTAJ

Bu gün Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı başlayıb.

"Report" xəbər verir ki, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunan festivalda mikro sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edirlər.

Bu məqsədlə festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılıb. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. sərgilənir və satılır. Ümumilikdə 100-dən çox mikro sahibkar və sənətkarlar festivalda məhsullarını təqdim edirlər.

Festival iyulun 31-nə qədər davam edəcək.

Festivalın keçirildiyi Xan yaylağının ərazisində Yaylaq yurdu etno-qəsəbəsi salınıb. Burada "Sənətkarlıq məhəlləsi" ilə yanaşı, “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir. Festivalda müxtəlif xarici ölkələrdən qonaqlar və turistlər də iştirak edirlər.

İkinci Milli Yaylaq Festivalından fotoreportajı təqdim edirik. 

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi