"Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib - VİDEO

"Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib - VİDEO "Mənim Atam Qəhramandır” adlı bayram tədbiri keçirilib - VİDEO
Multimedia
21 İyul , 2021 22:57
Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib - VİDEO

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbir "Fire Land Production"nın təşkilatçılığı və Fairmont Baku "Flame Towers" Azərbaycan Boks Federasiyası və Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutub.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə iştirakçılar əvvəlcə 2-ci Fəxri Xiyabana gedərək, şəhid məzarlarını ziyarət edib. Məzarların üzərinə gül dəstələri qoyan şəhid övladları Azərbaycan bayrağını açaraq Simfonik Orkestrin müşayiəti ilə Azərbaycan himnini səsləndiriblər.

Sonra ekskursiya avtobuslarında şəhəri dolaşan iştirakçılar tədbirin davamı məqsədilə “Flame Towers” hotelinə gedib. Tədbir zamanı uşaqların hoteldə istirahəti təmin edilib, onlar üçün nahar süfrəsi hazırlanıb, tanınmış idman ustaları, eləcə də tanınmış sənətçilərlə görüşləri təşkil olunub.

Qeyd edək ki, şəhidlərin övladları şəhid atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılıblar.

Yekunda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya "Müharibə olmasın" mesajını verib.

Son xəbərlər

Orphus sistemi