Mehriban Əliyevadan növbəti xeyirxah addım - Elçibəyin evi yeni görkəmdə - VİDEOREPORTAJ

Mehriban Əliyevadan növbəti xeyirxah addım - Elçibəyin evi yeni görkəmdə - VİDEOREPORTAJ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ölkənin eks-prezidenti Əbülfəz Elçibəyin evi əsaslı təmir edilib.
Multimedia
31 Oktyabr , 2019 18:18
Mehriban Əliyevadan növbəti xeyirxah addım - Elçibəyin evi yeni görkəmdə - VİDEOREPORTAJ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ölkənin eks-prezidenti Əbülfəz Elçibəyin evi əsaslı təmir edilib.

"Report"un xəbərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2 mərtəbə və mansard hissədən ibarət olan evdə təmir işləri artıq bitib. 

Hazırda evdə mebel və avadanlıqların quraşdırılması işləri görülür.

Ə.Elçibəyin yaxın qohumu Çingiz Özgür bildirib ki, eks-prezidentin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir müddət əvvəl evin təmiri ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: "Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirilib. Evdə həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb".

Fotolar: Elçin Murad

Son xəbərlər

Orphus sistemi