Gəncə. 14 may. REPORT.AZ/ Azərbaycanın dini abidələrindən biri olan Gəncə İmamzadə kompleksində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. "Report"un məlumatına görə kompleksin ərazisində məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan 4 yeni tikili inşa edilib.
Dini kompleksdə yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək.
İmamzadə kompleksində tikilən əsas binalardan biri də 200 yerlik mehmanxanadır. 200 nəfərin çalışdığı kompleksdə işlərin əsas hissəsi yekunlaşıb. Podratçı şirkət nümayəndələrinin bildirdiyinə görə, tikinti işlərində yalnız yerli materiallardan istifadə olunub.
Xatırladaq ki, İmamzadə dini-memarlıq kompleksinin əsaslı təmir-bərpasına və yenidən qurulmasına 2011-ci ildən başlanılıb. İşlərin yekunlaşdırılmas