Maaşınızın neçə faizini qidaya xərcləyirsiniz? - VİDEOSORĞU

Maaşınızın neçə faizini qidaya xərcləyirsiniz? - VİDEOSORĞU İnsanlar aldıqları əməkhaqqını müxtəlif istiqamətlərə xərcləyirlər. Həmin xərclərə qida, istirahət, geyim, səhiyyə və digər istiqamətlər daxildir.
Multimedia
7 Fevral , 2020 16:12
Maaşınızın neçə faizini qidaya xərcləyirsiniz? - VİDEOSORĞU

İnsanlar aldıqları əməkhaqqını müxtəlif istiqamətlərə xərcləyirlər. Həmin xərclərə qida, istirahət, geyim, səhiyyə və digər istiqamətlər daxildir.

Xarici ekspertlərin araşdırmalarına görə, dünyada əsas qida məhsullarına ən az vəsait xərcləyən əhali Avstraliyadır. Bu ölkədə əhali aylıq minimal maaşlarının cəmi 7%-ini əsas qida məhsullarına xərcləyirlər. Bu, yüksək əməkhaqqı məbləği və qida məhsullarının ucuz olması ilə bağlıdır.

Araşdırmaya görə, Azərbaycan əhalisi əməkhaqlarının 43,3%-ini əsas qida məhsullarının alınmasına xərcləyir. Türkiyədə bu rəqəm 19,1%, Rusiyada 44,8%, Ermənistanda 61,8% təşkil edir.

“Report” paytaxt sakinləri arasında sorğu keçirərək onlara “maaşınızın neçə faizini qidaya xərcləyirsiniz?” sualı ilə müraciət edib.

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi