Lənkəranda leysan yağışlar fəsadlar törədib, 10 ailə təxliyyə olunub - FOTO - VİDEO

Lənkəranda leysan yağışlar fəsadlar törədib, 10 ailə təxliyyə olunub - FOTO - VİDEO Lənkəran. 12 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda leysan xarakterli yağışlar davam edir.
Multimedia
12 Noyabr , 2018 13:58
Lənkəranda leysan yağışlar fəsadlar törədib, 10 ailə təxliyyə olunub - FOTO - VİDEO
0 : 00
0 : 00

Lənkəran. 12 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda leysan xarakterli yağışlar davam edir. 

"Report"un yerli bürosunun verdiyi məlumata görə, ötən gecədən başlayaraq yağan normadan artıq yağışlar səbəbi ilə rayonun dağ çayları daşıb. 

Sel sularının fərdi yaşayış evlərinə və həyətyanı sahələrə dolması səbəbi ilə rayonun Şovu, Bürcəli, Şağlaküçə və Türkəkəran kəndlərində, ümumilikdə, 10 ailə təxliyə edilib.


***12:02

Lənkəran. 12 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağış fəsadlar törədib. 

"Report"un Cənub bürosu xəbər verir ki, təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkiblər. 

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib. 

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyyə edilib. 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, rayon ərazisində iki süni gölün daşma təhlükəsi var. 

Qeyd edək ki, Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.

Son xəbərlər

Orphus sistemi