1990-cı ilin yanvar günlərində Bakı, Cəlilabad və Neftçaladan sonra Lənkəran da qanlı imperiyanın hədəfində idi.
"Report"un Cənub Mərkəzinin rəhbəri Asəf Ayazoğlunun hazırladığı videoreportajı təqdim edirik!
Bir qədər tarixə nəzər salaq.
Bu o zaman idi ki, erməni separatçıları 200 mindən çox soydaşlarımızı yurd –yuvalarından didərgin salmış, həmsərhəd kəndlərimizi atəşə məruz qoyurdular. Bu hadisələr Lənkəranda da hiddətlə qarşılanırdı. Mərkəzi və yerli hakimiyyətlərin qətiyyətsizliyi isə xalqı öz düşündüyü kimi hərəkət etməyə vadar etdi.
Nəticədə 1990-cı il 11-26 yanvar hadisələri baş verdi.
Yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq üçün yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda 300 nəfərdən ibarət Müvəqqəti Müdafiə Komitəsi yaradıldı. Məqsəd təlimlər keçib
Xalqın əzmkarlığını qırmaq üçün yanvarın 20-dən sonra meydanda davam edən kütləvi mitinqlər zamanı hərbi helikopterlər insanların başı üzərindən uçuşlar edərək vahimə yaradırdı. Eyni zamanda rus hərbçi ailələri ərazidən çıxarılırdı. Verilən məlumatlara görə dəmir yolu ilə ağır hərbi texnikalar Lənkərana doğru hərəkət edirdilər. Bir neçə yerdə hərbi texnikaların qarşısının alınması üçün barrikadalar qurulmuşdu. Artıq dönüşü olmayan proseslər baş verməkdə idi. Hərbçilər Müdafiə Şurasının ləğv edilməsi, əldə olan ov silahlarının təhvil verilməsi tələb olunurdu. İlkin razılaşma olsa da əli xalqımızın qanına bulaşan imperiya ordusunun yenidən xəyanət etməyəcəyinə inam yox idi. Ona görə də azadlıq mübarizəsini davam etdirmək istəyən 100-ə qədər gənc Haftonu meşələrinə çəkilməklə diqqəti öz üzərlərinə çəkdilər. Şəhər ərazisində baş verə biləcək qanlı qarşıdurma təhlükəsini aradan qaldırdılar.
Zirehli texnika və vertolyotlardan endirilən desant dəstələri Haftoni qəsəbəsini mühasirəyə alaraq qarşısına çıxan nə vardısa gülləbaran etdi. Tankda açılan mərmi atəşi ilə qəsəbəyə yaxınlaşan motosikldə 3 günahsız gənc yandırıldı. Gülləbaran nəticəsində yaralanan Müdafiə komitəsinin ondan çox üzvündən ikisi şəhid oldu. Onlarla mübariz oğullarımız həbs olunaraq işgəncələrə məruz qaldı. Telefon kabelləri ilə əl-qolları boğazlarına bağlı şəkildə vertolyotlara doldurularaq aparıldı. Onlardan biri işgəncə zamanı öldüyündən meyidini dənizə atmışdılar.
Beləliklə, 1990-cı ilin Qanlı Yanvar günlərində Lənkəran ümumilikdə 11 nəfər şəhid verdi. Onlardan 5-i Bakıda, 6 nəfər isə Lənkəranda şəhid oldu. Azadlıq mücahidlərinə qarşı təzyiq və təqiblər isə ümummilli lider
Bu gün Şəhidlər Xiyabanı qürur yerimiz, 20 Yanvarsa müstəqilliyimizin məşəlidir!
1