L'Akvila: Dağıdıcı zəlzələdən 8 il sonra - FOTOREPORTAJ

L'Akvila: Dağıdıcı zəlzələdən 8 il sonra - FOTOREPORTAJ Ölkə hakimiyyəti təbii fəlakətlərin bütün nəticələrinin aradan qaldırılması üçün böyük iş görüb
Multimedia
8 Aprel , 2017 10:00
L'Akvila: Dağıdıcı zəlzələdən 8 il sonra - FOTOREPORTAJ
Report.az

İtaliya, L'Akvila. 8 aprel. REPORT.AZ/ İtaliyanın Abrutso vilayətinin inzibati mərkəzi olan kiçik L`Akvila şəhərinin sakinlərini yuxudan oyadan və Rixter cədvəli üzrə 6,3 bal gücündə olan zəlzələ baş verib.

Zəlzələ güclü olsa da, adətən, bu gücdə olanlar müasir tikililərə ciddi ziyan vurmur. Amma İtaliyanın bir çox şəhəri tarixi tikililərdən ibarət olduğundan zəlzələnin fəsadları çox böyük olub, L`Akvilaya ağır zərbə dəyib.

Tarixi binaların əksəiyyəti qismən, ya da tamamilə məhv olub və ya qəzalı vəziyyətə düşüb. Kilsə və prefektuta kimi binalar, eləcə də digər tarixi və köhnə tikililər yerlə-yeksan olub. Təbii fəlakət nəticəsində 300-ə yaxın insan həlak olub.

İndi L`Akvila 8 il əvvəl baş vermiş fəlakətdən təzə-təzə özünə gəlməyə başlayıb. 

"Report" bərpa edilməkdə olan L`Akvila şəhərindən fotoreportajı sizə təqdim edir.

Bu gün dəhşətli zəlzələdən sonra binaların çoxu yenidən tikilib, sakinlər normal həyatlarına dönüb, amma 300-dən çox insanın ölümü ilə nəticələnən faciənin anlarını unutmaq çox çətindir. Şəhər kiçik olduğundan ölənlər qalanlara dost, qohum, həmkar çıxır.

Ölkə hakimiyyəti təbii fəlakətlərin bütün nəticələrinin aradan qaldırılması üçün böyük iş görüb, xəsarət almış azsaylı binalar da yenidən bərpa edilib.

Bütün bunlara baxmayaraq, şəhər seysmoaktiv zonada yerləşir. Başqa sözlə, burada hər an zəlzələ baş verə bilər. Ümumiyyətlə, L`Akvilada hər gün kiçik yeraltı təkanlar olur və onların çoxu heç hiss edilmir.

Foto: Samirə Qasımova

Son xəbərlər

Orphus sistemi