Yuxarı

Kürdəmirdə baş verən ağır qəzadan sonrakı görüntülər - VİDEO

Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb

Kürdəmir. 5 avqust. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

"Report"un Şirvan bürosu qəzadan sonrakı görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb. "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub.

Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi