Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb
Kürdəmir. 5 avqust. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
"Report"un Şirvan bürosu qəzadan sonrakı görüntüləri təqdim edir.
Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb. "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub.
Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.