Yuxarı
    Bağlamaq

    “Kəpəz” Avropa Liqasında mübarizəni dayandırıb - FOTOREPORTAJ

    Gəncə klubu Bakıda “Admira”ya 2:0 hesabı ilə məğlub olub

    Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Kəpəz” klubu Avstriya “Admira”sını qəbul edib.

    “Report”un məlumatına görə, “Dalğa Arena”da keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi lə başa çatıb.

    Matçda hesab 17-ci dəqiqədə açılıb: Kristof Knasmüllner fərqlənib – 1:0. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissədə qol axtarışına çıxan "Kəpəz" qapısında ikinci qolu görüb. Bu dəfə rəqib komandanın heyətində Patrik Şmidt adını tabloya yazdırıb.

    İki oyunun nəticəsinə görə 3:0 hesabı ilə məğlub olan (İlk oyun 1:0) "Kəpəz" Avropa Liqası ilə vidalaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi