İctimai TV 19 yaşını qeyd edir

İctimai TV 19 yaşını qeyd edir İctimai TV 19 yaşını qeyd edir - VİDEO
Multimedia
29 Avqust , 2024 13:02
İctimai TV 19 yaşını qeyd edir

29 avqust 2005-ci ildən fəaliyyətə başlayan İctimai Televiziyanın (İTV) 19 yaşı tamam olur.

"Report" xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni və rəngarəng dönəmə qədəm qoyub.

19 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, bir-birindən maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.

Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli-mənəvi dəyərləri qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Ölkədə yayımlanan digər telekanallarla müqayisədə bu gün İTV ona olan etimadı, bütün ümidləri doğruldub.

İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.

İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır. Kanalda xüsusi yeri beynəlxalq lisenziyalı verilişlər - "Maska", "Milyonçu", "Camaat nə deyir?", "Səs Azərbaycan" tutur.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.

Yeni mövsümdə də İTV tamaşaçını təəccübləndirməyə, məlumatlandırmağa və maarifləndirməyə davam edəcək.

"Report" İnformasiya Agentliyi İTV əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi