İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır” - MÜSAHİBƏ - VİDEO

İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır” - MÜSAHİBƏ - VİDEO Reyhan Camalova: "Qurğu əsasən musson iqlimi hakim olan ölkələr üçün əhəmiyyətlidir"
Multimedia
29 Noyabr , 2017 14:18
İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır” - MÜSAHİBƏ - VİDEO
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp (Ivanka Trump) azərbaycanlı 15 yaşlı ixtiraçı Reyhan Camalova haqqında fikirlərini bölüşüb. İ.Tramp Reyhanın ixtira etdiyi “Rainergy” qurğusunun bütün cəmiyyətə böyük xeyir gətirəcəyini deyib.

“Report”un suallarını cavablandıran Reyhan Camalova ixtirası və GES haqqında da fikirlərini bölüşüb. Onun sözlərinə görə, “Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər.

Gənc ixtiraçı ümumi hündürlüyü 9 metrə çatan qurğunun əsasən musson iqlimi hakim olan ölkələr üçün əhəmiyyət daşıdığını qeyd edib:

“Rezervuarda toplana yağış suyu yüksək sürət və təzyiqlə aşağıdakı generatoru hərəkətə gətirir. Bu enerji akkumulyatorda toplanır və insanlar ehtiyacları olduğu zaman həmin enerjidən istifadə edə bilərlər”.

“GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - Reyhan bildirib.

Son xəbərlər

Orphus sistemi