Goranboyda qədim qala divarları aşkar edilib - VİDEO

Goranboyda qədim qala divarları aşkar edilib - VİDEO Goranboy. 9 aprel. REPORT.AZ/ Goranboy rayonunda orta əsrlərə aid arxeoloji abidə aşkar edilib.
Multimedia
9 Aprel , 2018 18:17
Goranboyda qədim qala divarları aşkar edilib - VİDEO

Goranboy. 9 aprel. REPORT.AZ/ Goranboy rayonunda orta əsrlərə aid arxeoloji abidə aşkar edilib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, qədim məkan rayonun Borsunlu kəndi yaxınlığında boru kəmərinin genişləndirilməsi məqsədi ilə aparılan qzıntı işləri zamanı üzə çıxıb.

Arxeoloji qazıntılar zamanı Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Tapılmış maddi-mədəni nümunələrə əsasən, müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində, təxminən, XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin, təxminən, XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verib. 

Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin digər yardımçı tikililər aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Kərpicli təpə adlandırılan arxeoloji qazıntı sahəsində 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib. 

Son xəbərlər

Orphus sistemi