"Formula 1"in Bakıdakı sıralama turundan görüntülər - FOTOREPORTAJ

"Formula 1"in Bakıdakı sıralama turundan görüntülər - FOTOREPORTAJ Fettel Azərbaycan Qran-prisinin sıralama turunda birinci olub
Multimedia
28 Aprel , 2018 22:07
Formula 1in Bakıdakı sıralama turundan görüntülər - FOTOREPORTAJ
Report

Bakı. 28 aprel. REPORT.AZ/ “Ferrari” komandasının pilotu Sebastyan Fettel “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda birinci olub.

“Report”un məlumatına görə, “üçlüy”ü “Mercedes”in sürücüləri qapayıb.

Lüis Hemilton ikinci, Valtteri Bottas isə üçüncü olub.

Aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi