Rusiyanın xalq artisti Filipp Kirkorov "Jara" festivalı ərəfəsində öz övladları ilə köhnə Bakının küçələri ilə gəzişib.
“Report” xəbər verir ki, artist jurnalistlərlə öz təəssüratlarını bölüşüb, Bakının qala hissəsinin "gözəl və sirli" olmağından danışıb.
"Mən hər dəfə Azərbaycan, Bakı kimi ecazkar yerləri, şəhərləri, ölkələri, qədim şəhərdə olmağı və onu yenidən kəşf etməyi sevirəm. Mənə çıxış öncəsi bu küçələrin aurası ilə enerji toplamaq, gümrahlaşmaq, gəzmək lazımdır", - deyə F.Kirkorov Bakı haqqında danışarkən bildirib.
Müğənninin uşaqları da qutabdan tutmuş "cinin lampası"na qədər bu şəhərin hər bir qonağa təklif edə biləcəyi şeylərə xüsusi maraq göstəriblər.
"Bakı! Başqa harada belə bir şey olacaq, hə?! Əsas odur ki, siz bütün bunları yadda saxlayasınız", - deyə Filipp Bedrosoviç uşaqlarına söyləyib.
Foto, video: Sultana Əhmədbəyli