"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm".
"Report" xəbər verir ki, bunu Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın deyib.
O bildirib ki, azadlığa çıxdığı üçün çox həyəcanlıdır: "Şükürlər olsun Allahın bu gününə, çox gözəl hisslərdir".
F.Laçın qeyd edib ki, bundan sonra da sənətini davam etdirəcək: "İki ildir oxumuram, içəridə ürəyim partlayırdı". O, daha sonra jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.
F.Laçın bütün dustaqlara azadlıq arzu edib: "Heç kimə ayrılıq qismət olmasın, Allah cəmi dustaqların qapısını açsın".
Müğənni onu sevənlərdən də üzr istəyib: "Bilmədən sevənlərimi çox üzdüm. Amma söz verirəm ki, bir daha nə ailəmi, nə də məni sevənləri üzməyəcəyəm. Onların hamısından üzr istəyirəm".
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı