Əhali ictimai yerlərdə siqaretə məhdudiyyət qoyulmasını necə qarşılayır? - VİDEOREPORTAJ

Əhali ictimai yerlərdə siqaretə məhdudiyyət qoyulmasını necə qarşılayır? - VİDEOREPORTAJ Bəzi qadağan olunmuş yerlərdə siqaret çəkənlərə rast gəlmək mümkündür
Multimedia
5 Yanvar , 2018 09:50
Əhali ictimai yerlərdə siqaretə məhdudiyyət qoyulmasını necə qarşılayır? - VİDEOREPORTAJ
Report

Bakı. 5 yanvar. REPORT.AZ/ Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb.

“Report”un əməkdaşları Bakının mərkəzi yerlərində sorğu keçirərək əhalinin bu qərara münasibətini öyrənib, habelə, tütün məmulatlarının istifadəsinin qadağan olunduğu bəzi yerlərə gedərək bu barədə müşahidə aparıblar. Sorğuda iştirak edənlər birmənalı olaraq bu qərarı alqışladığını bildirib.

Lakin qanunun qüvvəyə minməsinə baxmayaraq, insanların ən çox olduğu ərazilərdə, o cümlədən metro stansiyalarının girişləri, avtobus dayanacaqları və taksilərdə siqaret çəkilməsi müşahidə olunub. Bununla yanaşı, qapalı məkanlarda, tütün məhsullarından istifadənin qadağan olunduğu keçidlərdə də siqaret çəkənlərə rast gəlmək mümkündür.

Qanuna əsasən bundan sonra restoran kimi qapalı yerlərdə də tütün məmulatlarının istifadəsi qadağandır. Restoran sahiblərindən bəziləri daha öncədən siqaret çəkilməsini qadağa etdiklərini desələr də, digərləri qadağaya əməl edib-etməməsi barədə sualı cavablandırmaqdan yayınıblar.

Video: Firi Salim

Son xəbərlər

Orphus sistemi