Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
- 07 aprel, 2020
- 08:59
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
“Report”un məlumatına görə, müəssisədə keçirilən tədbirdə Baba Gülməmmədov bildirib ki, cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı 176 nəfərə şamil ediləcək.
Xatırladaq ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində əfv edilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Yavər Əliyev, Etibar Qarayev, Həsən Məmmədov, Nizami Abdullayev, Zaur Bayramov və Əziz Qənbərovdur.