DYP reyd keçirib, 80-dən çox sürücü cərimələnib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Multimedia
  • 11 iyul, 2016
  • 09:47
DYP reyd keçirib, 80-dən çox sürücü cərimələnib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

                     İlk xəbər 09:37-də dərc olunub, video əlavə edilib.

Qax. 11 iyul. REPORT.AZ/ Yol polisi Qax rayonunda reyd keçirib. "Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.

YPX inspektoru Ramin Soltanov "Report"a bildirib ki, reydin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".

YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

DYP reyd keçirib, 80-dən çox sürücü cərimələnib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB